• Bakı 25° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır

DÜNYA

15 Iyul 2026 | 20:55

Bəqai: İran ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır

İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib.

Bakıvaxtı.az  CNN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur, biz ölkənin müdafiəsinə hədəflənmişik", - Bəqai deyib.

Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir razılaşmaya əməl etməyəcək.

"Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir", - İran XİN rəhbəri vurğulayıb.

Bəqai bildirib ki, Tehran ABŞ-nin elə əvvəldən atəşkəs rejiminə riayət etmədiyini hesab edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR