• Bakı 25° C

    8.84 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə hazırlanacaq

DÜNYA

15 Iyul 2026 | 18:14

Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə hazırlanacaq

ABŞ-də ölkə Prezidenti Donald Trampın təsvirinin yer alacağı 1 dollarlıq qızıl sikkənin dövriyyəyə buraxılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirin sözlərinə görə, ABŞ Zərbxanası ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə yeni sikkənin istehsalına başlayacaq.

"Azadlığın əbədi irsini və vətənpərvərliyin daimi simvolunu yad etmək məqsədilə 1 dollar dəyərində yeni qızıl sikkə hazırlanacaq. Sikkənin üzərində Prezident Donald Trampın təsviri olacaq", - deyə Bessent bildirib.

O qeyd edib ki, yeni sikkə ABŞ dəyərlərinin gücünü və ölkənin gələcəyə yönəlmiş baxışını simvolizə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR