İspaniya millisinin müdafiəçisi Emerik Laport dünya çempionatları tarixinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, "sportingnews" nəşrinin məlumatına görə, 31 yaşlı futbolçu DÇ tarixində doğulduğu ölkəni yarımfinalda məğlub edən ilk oyunçu olub.
Laport Fransada anadan olub və bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında 50-dən çox oyun keçirib. Lakin baş məşqçi Didye Deşamın rəhbərliyi altında Fransa millisində debüt etmək imkanı qazanmayıb.
Daha sonra yeniyetmə yaşlarında İspaniyanın "Atletik" (Bilbao) klubuna keçən müdafiəçi 2021-ci ildə İspaniya vətəndaşlığı alaraq bu ölkənin millisində çıxış etməyə başlayıb.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransaya 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Bakı 



