• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda oteldə YANĞIN: Qonaqlar təxliyə edildilər - VİDEO

CƏMİYYƏT

16 Iyul 2026 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda oteldə YANĞIN: Qonaqlar təxliyə edildilər - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300kv.m. olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10kv.m. sahədə yanıb.

Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026