UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır.
Bakıvaxtı.az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan "Zirə" Gürcüstanda "Torpedo Kutaisi" komandasına qarşı cavab oyununa çıxacaq.
Kutaisidəki Ramaz Şengeliya stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı 



