• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Prezident olması üçün əsas maneə aradan qaldırıldı

DÜNYA

15 Iyul 2026 | 20:54 | Müəllif: Subhan Mahmudov

Prezident olması üçün əsas maneə aradan qaldırıldı

Paris Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu iyulun 15-də Milli Birlik (RN) partiyasının Avropa Parlamenti deputatlarının köməkçiləri ilə bağlı iş üzrə 7 iyul tarixli qərardan Kassasiya Məhkəməsinə müraciət etməyəcəyini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, qurum bu qərarın məhkəmə hökmünün ətraflı hüquqi təhlilindən sonra qəbul edildiyini bildirib.

Apellyasiya instansiyası Marin Lö Pen və partiyanın bir sıra rəhbər şəxslərini dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilsə də, məhkəmənin təyin etdiyi cəzalar prokurorluğun tələb etdiyindən xeyli yüngül olub.

Prokurorluq Marin Lö Pen üçün beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrumetmə cəzası tələb etmişdi ki, bu da onun 2027-ci il prezident seçkilərində namizədliyini faktiki olaraq mümkünsüz edəcəkdi. Lakin məhkəmə seçilmək hüququnun və seçicilərin iradəsinin qorunmasını əsas gətirərək, bu qadağanı 15 aylıq müddətlə məhdudlaşdırıb və həmin müddətin artıq başa çatdığını nəzərə alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026