• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mərdəkanda 22 yaşlı gənc dənizdə batdı

HADİSƏ

15 Iyul 2026 | 20:39 | Müəllif: Subhan Mahmudov

Mərdəkanda 22 yaşlı gənc dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

    Əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Sentyabr 2026
    12 Sentyabr 2026