• Bakı 26° C

    13.83 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: ölən var

HADİSƏ

15 Iyul 2026 | 18:49

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: ölən var

Xankəndi şəhərində yanğınla nəticələnən partlayış olub.

Bakıvaxtı.az oxu,az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəhlələrin məskunlaşdığı binada ehtiyatsızlıq nəticəsində baş verib.

Belə ki, Xankəndidəki tikinti şirkətlərindən birində fəhlə işləyən Abşeron rayon sakini - 1983-cü il təvəllüdlü Rəşad Əliyev inşaat sahəsində kiplənmiş barıt tapıb. O, həmin əşyanı götürüb və yaşadığı evdə gizlədib. Bir müddətdən sonra o yaşadığı Abşeron rayonu Şəfəq qəsəbəsindəki evinə gəlməyə hazırlaşarkən həmin əşyanı da özü ilə götürmək istəyib. Lakin onun ölçüsü böyük olduğundan çantasına yerləşməyib. Rəşad həmin əşyanı hissələrə bölmək qərarına gəlib və bu məqsədlə evdəki laqunda ilə kəsərək hissələrə ayırmağa çalışıb. Bu zaman barıtda alışma yaranıb və partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə nəticəsində Rəşad və onunla birlikdə otaqda olan iş yoldaşı İsgəndər Hüseynov ağır yanıq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılsalar da İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəşad Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Əliyev ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR