• Bakı 26° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Trampı “tabuta qoydular” - FOTO

DÜNYA

15 Iyul 2026 | 18:38

Trampı “tabuta qoydular” - FOTO

İran paytaxtı Tehranın mərkəzində yerləşən İnqilab meydanında ABŞ Prezidenti Donald Trampın tabutda uzanmış vəziyyətdə təsvir edildiyi nəhəng freska peyda olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Iribnews” məlumat yayıb.

Nəşr yazır ki, instalyasiya kifayət qədər böyük ölçülərə malikdir və binanın üzərinə çəkilmiş həmin freska gediş-gəlişin sıx olduğu, eləcə də çox sayda avtomobilin keçdiyi böyük bir yol qovşağına baxır. Şəkildə ABŞ lideri tabutun içində təsvir olunub, tabutun üzərinə isə müxtəlif şüarlar və ifadələr yazılıb.

Qeyd edək ki, bu instalyasiyanın ortaya çıxması İran və ABŞ arasında hərbi-siyasi gərginliyin kəskinləşməsi, eləcə də İrandakı mühafizəkar cinahın nümayəndələrinin keçmiş Ali Lider Əli Xameneinin öldürülməsinə görə qisas çağırışlarını gücləndirməsi fonunda baş verib.

Xatırladaq ki, bundan əvvəl İsrail kəşfiyyatı İrana məxsus qüvvələrin Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığı barədə rəsmi Vaşinqtona xəbərdarlıq etmişdi./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR