• Bakı 28° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Argentina millisi bu şüara görə CƏRİMƏLƏNƏ BİLƏR

İDMAN

16 Iyul 2026 | 10:09

Argentina millisi bu şüara görə CƏRİMƏLƏNƏ BİLƏR

Xəbər verdiyimiz kimi, Argentina millisinin futbolçuları dünya çempionatının yarımfinalında İngiltərə üzərində qələbədən sonra meydanda “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılmış banner açıblar.

Bakıvaxtı.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və futbolun idarəetmə orqanları olan FIFA, meydanda siyasi bayraqların, şüarların və simvolların nümayiş etdirilməsinə icazə vermir.

Əgər FIFA matçın hesabatına əsasən pankartın siyasi məqsədli olduğunu müəyyən edərsə, Argentina cəzalandırıla bilər.

Qeyd edək ki, 2014-cü ildə FIFA Argentina Futbol Federasiyasını Sloveniya ilə yoldaşlıq oyunundan əvvəl oyunçuların nümayiş etdirdiyi oxşar pankarta görə 20.000 funt sterlinq cərimələmişdi.

Onu da bildirək ki, Argentina iyulun 19-da finalda İspaniya ilə qarşılaşacaq.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026