Bəzi ölkələrdə dövlət rəhbərlərinin qərarları illərdir dünya mediasının diqqət mərkəzində olub.
Bakıvaxtı.az xəbər verir ki, təhlükəsizlik, ideologiya və ya ictimai nizamı qorumaq məqsədilə qəbul edilən bəzi qadağalar isə qeyri-adiliyi ilə yadda qalıb.
1. Kim Çen In və cins şalvar
Xarici KİV-lərin yazdığına görə, Şimali Koreyada uzun illər mavi cins şalvar Qərb mədəniyyətinin simvolu hesab edildiyi üçün məhdudlaşdırılıb. Bu qayda ölkənin ən çox müzakirə olunan qadağalarından biri sayılır.
2. Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsi
Uzun illər ölkədə qadınların avtomobil idarə etməsinə icazə verilmirdi. Bu qadağa 2018-ci ildə ləğv edildi və qadınlar rəsmi şəkildə sürücülük hüququ əldə etdilər.
3. Türkmənistanda qara avtomobillər
Müxtəlif beynəlxalq media orqanlarının məlumatına görə, bir müddət Aşqabadda qara rəngli avtomobillərə qarşı qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunub və açıq rəngli avtomobillərə üstünlük verilib.
4. Kim Çen In və saç düzümü
Şimali Koreya ilə bağlı yayılan məlumatlarda müəyyən dövrlərdə vətəndaşlara yalnız məhdud sayda saç düzümü seçməyə icazə verildiyi bildirilir. Lakin bununla bağlı iddiaların hamısı müstəqil şəkildə təsdiqlənməyib.
5. Sinqapurun saqqız qadağası
Sinqapurun qurucu Baş naziri Li Kuan Yu dövründə küçələrin təmizliyini qorumaq məqsədilə saqqız satışına ciddi məhdudiyyətlər tətbiq edilib. Bu qərar uzun illər dünyanın ən maraqlı qadağalarından biri kimi göstərilib.
Ayşəgül
Bakı 



