Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn (2:1) Argentina finalda İspaniyaya rəqib olub.
Bakıvaxtı.az xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında maraqlı olay baş verib. Belə ki, Argentina millisinin üzvləri İngiltərə yığmasının qapıçısı Cordan Pikforda məxsus su qabını ələ keçiriblər. Qabın üzərində Argentina millisinin üzvlərinin penaltiləri hara vuracaqlarının təxmin edildiyi barədə qeydlərin əksini tapdığına şahid olublar.
Cənubi amerikalılar bu məqama diqqət yetirmək üçün bir yerə toplaşıblar.
Sözügedən kadrı təqdim edirik:

Qeyd edək ki, DÇ-2026-nın final matçında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Qarşılaşma iyulun 19-da baş tutacaq./oxu.az
Bakı 



