• Bakı 27° C

    10.16 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Bu nazir vəzifədən kənarlaşdırıldı - Bu ölkədə

DÜNYA

16 Iyul 2026 | 11:28

Bu nazir vəzifədən kənarlaşdırıldı - Bu ölkədə

Ukraynanın müdafiə naziri Mixail Fyodorovun vəzifədən uzaqlaşdırılması paytaxt Kiyevdə etiraz aksiyasına və orduda ilk istefalara səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" və "Suspilne" məlumat yayıb.

Məlumata görə, Kiyevdə Prezident Ofisinin yaxınlığında yerləşən İvan Franko Teatrının qarşısına yüzlərlə etirazçı toplaşıb. Aksiya iştirakçıları Prezident Volodimir Zelenskidən Mixail Fedorovu müdafiə naziri vəzifəsində saxlamağı tələb ediblər.

Etirazçılar əllərində "Fyodorovu geri qaytarın", "Ya dəyişəcəyik, ya da məhv olacağıq" şüarları yazılmış plakatlar qaldırıblar.

Fedorovun istefası ilə bağlı narazılıq Ukrayna Silahlı Qüvvələrində də özünü göstərib.

Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov istefa ərizəsi yazdığını açıqlayıb.

"Təəssüf ki, müharibənin beşinci ilində Ukrayna Silahlı Qüvvələrindən istefa ərizəsi yazdım. Hesab edirəm ki, Mixail Fedorovun vəzifədən uzaqlaşdırılması ölkənin müdafiə qabiliyyəti üçün böyük zərbədir”, – Yelizarov sosial şəbəkədə bildirib.

O, paylaşımında istefa raportunu da dərc edib və qərarının əsas səbəbi kimi Fedorovun müdafiə naziri postundan uzaqlaşdırılmasını göstərib.

Prezident Volodimir Zelenski hökumətin yenilənməsi planı çərçivəsində Fedorovun vəzifədən çıxarıldığını təsdiqləyib. Ukrayna mətbuatının məlumatına görə, dövlət başçısı bu qərarı müdafiə naziri ilə Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski arasında yaranmış kəskin fikir ayrılığı ilə əsaslandırıb.

Bu gün Ali Radanın yenilənmiş Nazirlər Kabinetini, o cümlədən yeni müdafiə və xarici işlər nazirlərini təsdiqləməsi gözlənilir. Məlumata görə, müdafiə naziri postuna əsas namizəd hazırkı daxili işlər naziri İqor Klimenkodur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyul 2026