• Bakı 26° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ayrıldılar...

CƏMİYYƏT

16 Iyul 2026 | 17:52 | Müəllif: Əli Hüseynov

Ayrıldılar...

Müğənni Simge Sağının şəxsi həyatı ilə bağlı yeni iddia yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə ay əvvəl DJ İlkay Şencanla eşq yaşadığı ortaya çıxan sənətçinin sevgilisindən ayrıldığı bildirilib. Tərəflər məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməsələr də, sosial şəbəkələrdə baş verən dəyişikliklər ayrılıq iddialarını gücləndirib. 

Qeyd edək ki, Simge uzun müddət şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verib. Təxminən dörd il ərzində adı heç kimlə hallanmayan müğənninin İlkay Şencanla münasibəti maqazin gündəmində böyük maraq doğurmuşdu. Cütlük bir müddət sonra birlikdə görüntülənməyə, müxtəlif tədbir və mükafat mərasimlərinə əl-ələ qatılmağa başlamışdı. Bu isə onların münasibətinin ciddiləşdiyi barədə fikirlərə səbəb olub. Simge münasibəti ilk dəfə təsdiqləyərkən sevgisini göz önündə yaşamaq istəmədiyini və nəzərdən çəkindiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026