Türkiyə il ərzində 60,6 milyon xarici turist qəbul edərək dünyada xarici turistlərin sayına görə dördüncü yeri tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “World Population Review” platformasının hesabatında deyilir.
Məlumata görə, Türkiyə turist axınına görə İtaliya, Almaniya, Böyük Britaniya və Meksikanı geridə qoyub, ölkənin turizmdən əldə etdiyi gəlir isə 56 milyard dollardan çox olub:
“Reytinqə hər il təxminən 102 milyon turist qəbul edən Fransa liderlik edir. İspaniya 93,8 milyon turistlə ikinci yerdə, ABŞ isə 73,4 milyon turist qəbulu ilə üçüncü yerdədir. ABŞ eyni zamanda turizmdən əldə olunan gəlirlərə görə (215,04 milyard dollar) dünya liderliyini qoruyub saxlayıb”.
Bakı 



