Rusiya müharibənin 1604-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 182 526 PUA-sı, 666 zenit-raket kompleksi, 30 174 tank və digər zirehli texnikası, 1 758 reaktiv yaylım atəş sistemi, 35 783 artilleriya və minaatanı, 66 603 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 



