• Bakı 25° C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Markus Reşford da “Fənərbaxça”ya keçir?

İDMAN

16 Iyul 2026 | 17:09

Markus Reşford da “Fənərbaxça”ya keçir?

"Fənərbaxça"nın transfer edəcəyi deyilən "Mançester Yunayted"in ulduzu Markus Reşfordla bağlı pis xəbər var.

Bakıvaxtı.az xəbər verir ki, italyan jurnalist Fabrizio Romanonun sözlərinə görə, İngiltərə Premyer Liqasında "Mançester Yunayted"də oynayan Markus Reşfordun bu yay Türkiyəyə transfer olmaq planı yoxdur.

Məlumatda ingilis ulduzun "Fənərbaxça" ilə heç bir danışıqlar aparmadığı bildirilir.

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrikin Reşfordla işləmək istədiyi və buna görə də ingilis ulduzun "Qırmızı şeytanlar"ın mövsümöncəsi təlim-məşq toplanışına qayıdacağı bildirilir.

Ötən mövsümü icarə əsasında "Barselona"da keçirən 28 yaşlı oyunçu 49 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Fənərbaxça” artıq Vedat Muriqi, Natan Ake və Meyson Qrinvudla müqavilə imzalayıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR