Tehranda avtobus polis maşınları ilə toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, 6 nəfər xəsarət alıb.
Tehran Bələdiyyəsinin Yanğından Mühafizə və Təhlükəsizlik Xidmətinin sözçüsü Cəlal Məliki bildirib ki, Vəliyəsr küçəsində, Saii parkının qarşısındakı xüsusi zolaqda texniki nasazlıq səbəbindən dayanan sürətli sərnişin avtobusu naməlum səbəbdən hərəkətə başlayıb.
Avtobus beş motosiklet və iki minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb və motosikletlərdən biri yanıb.
Bakı 



