• Bakı 25° C

    8.84 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

Taxt-taca çıxacağı üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk

DÜNYA

16 Iyul 2026 | 21:31

Taxt-taca çıxacağı üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk

İspaniya şahzadəsi Leonor üç ildən ibarət hərbi hazırlığını rəsmi olaraq başa vurub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, quru qoşunları, hərbi dəniz qüvvələri, hava və kosmik qüvvələrdə təlim keçərək gələcəkdə İspaniya Kraliçası və Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsinə hazırlaşır.

Məlumata görə, təlim zamanı Leonor həm gündüz, həm də gecə paraşüt tullanışlarını uğurla yerinə yetirib və bununla da paraşütçü ixtisası alan ilk İspaniya kral ailəsi üzvü olub.

Qeyd edək ki, Leonorun təxminən 150 ildən sonra İspaniyanın taxta çıxacaq ilk qadın hökmdarı olacağı gözlənilir. Bu baxımdan, onun hərbi hazırlığını başa vurması ölkə tarixində əlamətdar hadisə kimi qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR