• Bakı 26° C

    7.42 m/s

  • USD - 1.7

    EUR - 1.9443

    RUB - 2.1949

David Nuriyev narkotik təbliğatına görə cərimələndi

ŞOU

17 Iyul 2026 | 00:17

David Nuriyev narkotik təbliğatına görə cərimələndi

Rusiyada "Ptaxa" ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev narkotik təbliğatı ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Moskvanın Nikulin məhkəməsi reperi internetdə narkotik təbliğatı ilə bağlı inzibati iş üzrə 80 min rubl (təxminən 1754 manat) məbləğində cərimələyib.

Bildirilib ki, musiqiçi Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib. İşin səbəbi onun "VKontakte" sosial şəbəkəsində yayımlanan trekləri olub.

Məhkəmə iclasında iştirak edən ifaçı ittihamları qəbul etməyib. O bildirib ki, mahnıların müəllifi olsa da, onları sosial şəbəkədə özü paylaşmayıb. Reper qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, reper daha əvvəl onun barəsində açılan işə münasibət bildirərək, bunu yaradıcılıq və fikirlərinə qarşı təzyiq cəhdi kimi qiymətləndirmişdi. (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026