• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Rayonlara dolu düşəcək

CƏMİYYƏT

17 Iyul 2026 | 12:57

Rayonlara dolu düşəcək

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Bakıvaxtı.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026