• Bakı 26° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Bu dayanacaqlardan istifadə edə bilmirlər - VİDEO

CƏMİYYƏT

17 Iyul 2026 | 17:34

Bu dayanacaqlardan istifadə edə bilmirlər - VİDEO

Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən müasir tipli avtobus dayanacağının natəmiz vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Bakıvaxtı.az-a Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, bəzi evsiz şəxslər dayanacaqda gecələyirlər.

 

 

Nəticədə ərazidə antisanitar vəziyyət yaranır və kəskin üfunət səbəbindən sərnişinlər dayanacağın içərisinə daxil ola bilmirlər.

Qeyd edək ki, müasir tipli dayanacaqlar sərnişinlərin qışda soyuqdan, yayda isə istidən qorunması üçün kondisioner sistemi ilə təchiz olunub.

Lakin mövcud vəziyyətə görə vətəndaşlar dayanacağın sərin salonundan istifadə etmək əvəzinə, avtobusları qızmar günəş altında gözləmək məcburiyyətində qalırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR