• Bakı 26° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

“Qarabağ”ın matçının biletləri satışa çıxarılır

İDMAN

17 Iyul 2026 | 23:59

“Qarabağ”ın matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “ÇSKA Sofiya” (Bolqarıstan) qarşılaşmasının biletləri sabahdan satışda olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - “ÇSKA Sofiya” görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026