• Bakı 26° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Bu ölkədə havanın temperaturu 50 dərəcəyə çata bilər

DÜNYA

17 Iyul 2026 | 22:40

Bu ölkədə havanın temperaturu 50 dərəcəyə çata bilər

İspaniyanın Dövlət Meteorologiya Agentliyi (DMA) ölkədə yaxın illərdə havanın temperaturunun 50 dərəcəyədək yüksələ biləcəyini istisna etmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DMA-nın nümayəndəsi Xose Anxel Nunyes bildirib.

Onun sözlərinə görə, 50 dərəcə mümkün göstəricidir və yaxın illərdə ölkələrdə hər hansı bir bölgəsində qeydə alına bilər.

"Əslində, ötən həftə bəzi proqnoz modelləri Qvadalkivir çayı vadisində havanın temperaturunun 50 dərəcəyə çatacağını göstərirdi. Lakin sonradan proqnozlaşdırılan isti hava dalğasının intensivliyi aşağı salındı", – deyə ekspert qeyd edib.

O əlavə edib ki, yaxın gələcəkdə temperaturun bu həddə çatacağını ehtimal etmək olar, lakin bunun nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil.

DMA daha əvvəl bildirmişdi ki, 2026-cı ilin ilk yarısı İspaniyada son 65 ilin ən isti dövrü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR