• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Mourinyodan Arda Güler üçün PİS QƏRAR

İDMAN

18 Iyul 2026 | 14:10 | Müəllif: Subhan Mahmudov

Mourinyodan Arda Güler üçün PİS QƏRAR

"Real"ın baş məşqçisi Joze Mourinyonun Türkiyə millisinin oyunçusu Arda Güleri əsas heyətə daxil etməyi düşündüyü bildirilirdi. Lakin portuqaliyalı məşqçinin yeni mövsüm üçün planlarını dəyişdirdiyi və 21 yaşlı ulduzu əsas oyunçu hesab etmədiyi bildirilir. 

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, yeni mövsümdən əvvəl İspaniya nəhəngi "Real"da bəzi əhəmiyyətli proseslər baş verir.

Bu yaxınlarda "Real"ın baş məşqçisi olan Joze Mourinyonun Türkiyə millisinin oyunçusu Arda Gülerlə bağlı qərarı İspaniya mətbuatında böyük səs-küyə səbəb olub. İddia olunur ki, əvvəlcə gənc istedadı komandanın ayrılmaz hissəsinə çevirməyi hədəfləyən təcrübəli məşqçi planlarını dəyişib.

Bundan əvvəl bildirilirdi ki, portuqaliyalı məşqçi Ardanı əsas heyətdə mərkəzə yerləşdirəcək və yeni mövsümün heyətini öz ətrafında quracaq. Lakin hazırlıq prosesi və taktiki araşdırmalar təcrübəli məşqçini yenidən düşünməyə vadar edib.

Xəbərdə təcrübəli məşqçinin yeni mövsüm üçün planlarında köklü bir dəyişiklik etdiyi, yüksək fiziki və fərqli taktiki quruluşa diqqət yetirdiyi və buna görə də Arda Güleri qarşıdakı mövsümdə əsas oyunçu hesab etmədiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR