• Bakı 26° C

    12.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

“Qalatasaray”da 4 futbolçu ilə yollarını ayırır

İDMAN

18 Iyul 2026 | 19:07

“Qalatasaray”da 4 futbolçu ilə yollarını ayırır

Superliqa klublarından “Qalatasaray”da baş məşqçi Okan Burukun yeni mövsüm üçün planlarına daxil etmədiyi futbolçular müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Viktor Nelsson, Elias Yelert, Halil Dervişoğlu və Metehan Baltacının adları Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.

İstanbul klubu sözügedən 4 futbolçu üçün lisenziya sifariş etməyib. Onların yaxın vaxtlarda komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, bu oyunçuların hamısı ötən mövsümü icarə əsasında fərqli klublarda keçirib və mövsüm başa çatdıqdan sonra “Qalatasaray”a qayıdıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026