• Bakı 27° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Zelenski Aleksandr Sırskini də vəzifəsindən azad edir

DÜNYA

18 Iyul 2026 | 15:51

Zelenski Aleksandr Sırskini də vəzifəsindən azad edir

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da dərc olunan məqalədə bildirilib.

Məlumata görə, Zelenski prezidentliyi dövründə ən böyük hərbi idarəçilik böhranından çıxmağa çalışır və “qəssab” kimi tanınan Sırskini vəzifədən uzaqlaşdırmaq barədə fikirləşir.

Zelenskinin administrasiyasından olan vəzifəli mənbənin sözlərinə görə, Ukrayna lideri bu həftəsonu cəbhədəki vəziyyəti müzakirə etmək və orduya rəhbərlik etməyə uyğun namizədlər barədə təklifləri dinləmək üçün iclas keçirəcək.

Bildirilib ki, Zelenski cəbhədə güclü müdafiə xəttinin qorunacağı və səlahiyyətlərin yeni komandana problemsiz şəkildə ötürüləcəyi təqdirdə, Sırskini postundan kənarlaşdırmaq fikrinə açıqdır. Lakin hələlik bununla bağlı yekun qərar qəbul edilməyib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026