Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) keçmiş Kocaeli millət vəkili və partiyanın Baş Qərargah Qadın Qollarının keçmiş sədri Əzizə Sibel Gönül vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Gönül İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirib.
Əzizə Sibel Gönül üçün bu gün İzmitdəki Fevziye məscidində əsr namazından sonra dəfn mərasimi keçiriləcək.
Mərhum siyasətçi İzmit Şəhər Qəbiristanlığında torpağa tapşırılacaq.
Bakı 



