• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

    DÜNYA

    17 Avqust 2026 | 13:05

    Almaniyadan könüllü geri qayıdanların sayı artıb

    Almaniyada miqrantların və sığınacaq müraciətləri rədd edilmiş şəxslərin bu ölkəni könüllü tərk etməsi hallarının sayı artıb.

    Bakıvaxtı.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, 2026-cı ilin ilk altı ayında 9276 nəfər geriqayıdış proqramları çərçivəsində Almaniyanı tərk edərək mənşə ölkələrinə gedib. Bu göstərici ötən ilin eyni dövründə təxminən 7300 nəfər olub.

    Bütövlükdə 2025-ci il ərzində federal qurumlar 16 min 600 nəfərin mənşə ölkəsinə və ya onları qəbul etməyə hazır üçüncü ölkəyə könüllü qayıtmasına dəstək verib. Bu göstərici 2024-cü ildə 10 min 358 nəfər təşkil edib.

    İyunun sonuna Almaniyada ölkəni tərk etməli olan 258 min 845 nəfər qeydə alınıb. Onların 199 min 271 nəfəri müvəqqəti qalma statusunda olub. Bu ilin birinci lk yarısında 18 min 939 nəfər ölkədən deportasiya edilib.

    Federal Miqrasiya və Qaçqınlar İdarəsi qaçqınların öz ölkələrinə və ya üçüncü ölkələrə könüllü qayıtmalarını təşviq etmək üçün uçuş xərclərini ödəməklə yanaşı, böyüklərin hər birinə 1000, uşaq və gənclər üçün isə 500 avro məbləğində maliyyə yardımı göstərir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Avqust 2026