• Bakı 27° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Kadırov NATO-ya müharibə ELAN ETDİ

DÜNYA

18 Iyul 2026 | 14:45

Kadırov NATO-ya müharibə ELAN ETDİ

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah tədarük edən və kəşfiyyat məlumatları ötürməklə yardım göstərən ölkələrə qarşı "atəş açmağa" çağırıb.

Bakıvaxtı.az musavat.com-a istinadən bildirir ki, Çeçenistan lideri bu barədə özünün "Telegram" kanalında paylaşım edib.

"NATO abbreviaturası arxasında gizlənərək heç nədən çəkinmədən, açıq-aşkar və meydan oxuyaraq Ukrayna faşistlərinə silah, kəşfiyyat məlumatları və digər dəstəyi verən ölkələrdən başlamaq heç də pis olmazdı. Atəş açmaq vaxtıdır, vəssalam! Onlar trotil qoxusunu hiss edən, Kalaşnikovun səsini və T-90 tanklarının gurultusunu eşidən kimi hər şeyi anlayacaq və doğru yola gələcəklər", - deyə Kadırov bildirib.

Qeyd edək ki, Çeçenistan rəhbəri bundan əvvəl də Qərb ölkələrinin Ukrayna münaqişəsindəki rolunu kəskin tənqid edən bəyanatlarla çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026