• Bakı 27° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

“Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”

CƏMİYYƏT

18 Iyul 2026 | 14:51

“Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti yaxşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özü məlumat verib.

99 yaşlı akademik hazırda evdə müalicəsini davam etdirdiyini və özünü daha yaxşı hiss etdiyini bildirib.

“Evdəyəm. İndi özümü nisbətən yaxşı hiss edirəm. Bir neçə günə tam sağalacağam. Mənə göstərilən diqqət və dəstəyə görə Heydər Əliyev Fonduna və hörmətli Mehriban xanıma səmimi təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, mənə yardım etdilər”, – deyə Ömər Eldarov qeyd edib.

Qeyd edək ki, Ömər Eldarov ötən gün xəstəxanaya yerləşdirilmişdi. O, müayinələrdən keçdikdən sonra evə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026