• Bakı 27° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Paşinyanın müavininin iştirak etdiyi tədbirdə kütləvi zəhərlənmə 

DÜNYA

18 Iyul 2026 | 15:03

Paşinyanın müavininin iştirak etdiyi tədbirdə kütləvi zəhərlənmə 

İyulun 14-də İrəvanda Fransanın milli bayramına həsr olunmuş tədbirdən sonra qonaqların əksəriyyəti bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, açıq havada istidə təşkil edilən qəbuldan bir neçə saat sonra bir çox qonaq bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib.

Məlumata görə, Fransanın Ermənistandakı səfirliyi qonaqların zəhərlənməsindən sonra üzr istəyib. Eyni zamanda, diplomatik nümayəndəlik simptomların səbəblərinin müəyyənləşdiriləcəyinə ümid edir.

Qeyd olunub ki, Fransa səfirliyi məsələ ilə bağlı Ermənistan Səhiyyə Nazirliyi ilə əlaqədədir.

Fransa səfirliyinin qəbuluna çox sayda qonaq, o cümlədən hökumət nümayəndələri, siyasətçilər, ictimai xadimlər, səfirlər dəvət edilib. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan da tədbirdə iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026