• Bakı 26° C

    12.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Vüqar Həşimovun qardaşına YÜKSƏK VƏZİFƏ verildi

CƏMİYYƏT

18 Iyul 2026 | 18:03

Vüqar Həşimovun qardaşına YÜKSƏK VƏZİFƏ verildi

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.

Bakıvaxtı.az “azertag.az”a istinadla xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.

 Ardınca vitse-prezident vəzifəsinə seçkilər olub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda 3 vitse-prezident çalışacaq.

Seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı Vüqar Həşimovun qardaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026