• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Xocasəndə su xəttində qəza baş verdi

CƏMİYYƏT

17 Avqust 2026 | 17:25

Xocasəndə su xəttində qəza baş verdi

Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.

Baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılmış, təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub. Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR