• Bakı 25° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Onlar universitetə imtahansız qəbul oldu

CƏMİYYƏT

17 Avqust 2026 | 17:45

Onlar universitetə imtahansız qəbul oldu

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdilər.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, artıq 2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

    Nəticələrə əsasən, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

    Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR