• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Bakıda bu sahədə işçi axtarılır: MAAŞ 23500 DOLLAR 

CƏMİYYƏT

17 Avqust 2026 | 12:21

Bakıda bu sahədə işçi axtarılır: MAAŞ 23500 DOLLAR 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsinə işçi axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, MXM nümayəndəsi ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək, onları müvafiq şöbələrlə əlaqələndirəcək və səfirlik icmasına keyfiyyətli və operativ xidmətin göstərilməsinə kömək edəcək.

Həmin vakansiyaya kimlər müraciət edə bilərlər?  

Təhsil: Namizədlər ən azı iki il universitet təhsili almış olmalıdır.

İş təcrübəsi: Ən azı altı ay inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi tələb olunur.

Dil bilikləri: İngilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.

İnsanlarla işləməyi, onlara dəstək olmağı və problemlərin həllinə kömək etməyi sevənlər bu vakansiyaya müraciət edə bilər.

Ətraflı məlumat və müraciət üçün: https://tinyurl.com/usembakucsc

Müraciət üçün son tarix: 26 avqust.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026