• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

F-35 düyünü necə çözüləcək? - Ərdoğan Trampın vədini gözləyir

SİYASƏT

17 Avqust 2026 | 14:32

F-35 düyünü necə çözüləcək? - Ərdoğan Trampın vədini gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampdan F-35 qırıcı təyyarələri ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiyini bildirib. Bu barədə Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Ərdoğan deyib ki, “F-35 qırıcıları ilə bağlı Trampdan vəd alıblar və onun bu vədi yerinə yetirməsini gözləyirlər.

Qeyd edək ki, bu məsələ iyulun 7-də Ankarada keçirilən NATO sammiti çərçivəsində Ərdoğanla Tramp arasında aparılan danışıqlarda da gündəmə gəlmişdi. Tramp həmin vaxt Türkiyəyə F-35-lərin satışının bərpasını nəzərdən keçirəcəyini bildirmişdi. Ərdoğan isə Türkiyəyə əvvəllər beş F-35 təyyarəsinin veriləcəyinin vəd olunduğunu xatırlatmışdı. Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə 2019-cu ildə F-35 proqramından çıxarılıb. Ankara uzun müddətdir proqramda iştirakının və təyyarələrin tədarükünün bərpasına çalışır.

Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay mövzu ilə bağlı Bakıvaxtı.az-a deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın gündəmə gətirdiyi F35 məsələsinin tamamilə kənara qoyulması çətindir.

Professorun sözlərinə görə, Ankara bu məsələyə sadəcə müdafiə tədarükü kimi deyil, eyni zamanda müttəfiqlik hüququnun və beynəlxalq hüquqların bərpası kimi baxır və daim gündəmdə saxlayır:

“Lakin Vaşinqtondakı mexanizmlər nəzərə alındıqda, Trampın vədinin dərhal və problemsiz şəkildə tam mənası ilə yerinə yetirilməsi də o qədər asan deyil. Böyük ehtimalla proses S-400 məsələsinə və regional maraqlara bağlı olaraq ləng də olsa irəliləyəcək”.

Hasan Oktay: Trampın vədinin dərhal yerinə yetirilməsi də o qədər asan deyil

Müsahibimiz vurğulayıb ki, bu prosesdə zaman-zaman böhranlar yaşansa da, diplomatik masada davamlı olaraq müzakirə ediləcək bir məsələ kimi davam etdiriləcək:

“Tramp isə prosesi idarə edərkən ara-sıra pozitiv açıqlamalar verməklə regionla bağlı gözləntilərini və maraqlarını reallaşdırmağa çalışacaq”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026