• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ən gənc general-leytenant oldu

SİYASƏT

17 Avqust 2026 | 13:58 | Müəllif: Əli Hüseynov

Ən gənc general-leytenant oldu

Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

Bakıvaxtı.az xəbər verir ki, rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusi diqqət çəkir.

Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ən gənc yaşda general-leytenant olan zabit kimi önə çıxır. Belə ki, ölkəmizdə daha əvvəl 39 yaşında bu rütbəyə yüksələn şəxs olmayıb.

Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026