Astara rayonunda 60 yaşlı kişinin ölümünün təfərrüatı məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Siyaku kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev Bakıda yaşadığı evdən Astara rayonunun Siyaku kəndinə - anasının evinə qonaq gedibmiş. O, həyətdə olarkən əncir yığmaq istəyib. Əvvəlcə bir vedrə əncir yığan F.Fətəliyev təkrar əncir yığmaq üçün ağaca çıxıb. Bu vaxt ağacın budağı qəfil qırılıb və o, ağacdan yıxılıb. Ağır kəllə-beyin travması alan F.Fətəliyev təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırmalar Astara Rayon Prokurorluğu tərəfindən aparılır.
***
11:58
Astarada 60 yaşlı kişi əncir ağacından yıxılaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Siyaku kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev yaşadığı evin həyətindəki ağaca əncir dərmək məqsədi ilə çıxıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
















