• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Metanol ixracından gəlirlərimiz artdı

İQTİSADİYYAT

17 Avqust 2026 | 11:32

Metanol ixracından gəlirlərimiz artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 54 milyon 794,82 min ABŞ dolları dəyərində 152 min 629,8 ton metanol (metil spirti) ixrac edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,6 dəfə, həcmi isə 8,3 % azdır.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 0,92 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,28 % təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026