• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

ABŞ-də neft ehtiyatları gözlənilmədən ARTDI

İQTİSADİYYAT

16 Sentyabr 2026 | 08:45 | Müəllif: Subhan Mahmudov

ABŞ-də neft ehtiyatları gözlənilmədən ARTDI

Neftin qiyməti ABŞ-də xam neft ehtiyatlarının gözlənilməz artması fonunda ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, investorlar Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxan “Şərq-Qərb” boru kəmərinə hücumdan sonra Yanbu limanında neft yükləmələrini dayandırmasının qlobal tədarükə mümkün təsirlərini qiymətləndirirlər.

“Brent” markalı xam neftin fyuçersləri 0,86% ucuzlaşaraq bir barel üçün 107,82 dollara, ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı neftinin fyuçersləri isə 0,92% azalaraq 104,86 dollara düşüb.

Çərşənbə axşamı hər iki neft markası 3 dollardan çox bahalaşaraq mayın 19-dan bəri ən yüksək səviyyədə qərarlaşıb. Buna Səudiyyə Ərəbistanının Yanbu limanında yükləmələri dayandırması və Avropaya neft tədarükünü azaltması ilə bağlı narahatlıqlar səbəb olub.

Bazar mənbələrinin Amerika Neft İnstitutunun (API) məlumatlarına istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də başa çatan həftədə ABŞ-də xam neft ehtiyatları 7,1 milyon barel artıb. Halbuki analitiklər ehtiyatların təxminən 1,6 milyon barel azalacağını gözləyirdilər.

Eyni dövrdə ABŞ-də benzin və distillat ehtiyatlarının da artdığı bildirilib. “Haitong Futures” analitikləri qeyd ediblər ki, ehtiyatlardakı gözlənilməz artım neft qiymətlərinə təzyiq göstərsə də, ayrı-ayrı regionlarda ehtiyatların artması qlobal xam neft bazarındakı təklif məhdudluğunu aradan qaldırmır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR