• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şərif Trampı təriflədi: Cəsarətli lider…

SİYASƏT

17 Avqust 2026 | 13:44 | Müəllif: Əli Hüseynov

Şərif Trampı təriflədi: Cəsarətli lider…

ABŞ Prezidenti Donald Trampın “Məkkə Birgə Müdafiə Sazişi”nin imzalanması ilə bağlı xoş sözlərini dərindən qiymətləndirirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif özünün X səhifəsində yazıb.

“Qardaş Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə ilə birlikdə Pakistan ölkələrimizin, eləcə də bütün regionun müdafiəsinin təmin edilməsində konstruktiv rol oynamağa davam edəcək.

Həmçinin, Cənubi Asiyada nüvə fəlakətinin qarşısını almağa və milyonlarla insanın həyatını xilas etməyə kömək edən cəsarətli və qətiyyətli liderliyinə görə Prezident Trampı bir daha tərifləmək istərdim. Davamlı sülh xalqlarımızın parlaq və firavan gələcəyi üçün ən vacib şərtdir”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026