• Bakı 26° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Cəlilabadda Rusiya vətəndaşının yük maşını yandı - VİDEO

HADİSƏ

17 Avqust 2026 | 08:41

Cəlilabadda Rusiya vətəndaşının yük maşını yandı - VİDEO

Ələt-Astara magistralında yük avtomobili yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə magistral yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük avtomobilində yanğın baş verib. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026
15 Avqust 2026