• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Onlara hökm oxundu

HADİSƏ

15 Sentyabr 2026 | 12:45 | Müəllif: Əli Hüseynov

Onlara hökm oxundu

Kürəkəni öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər.

Qeyd edək ki, hadisə ötən ilin yazında Biləcəri qəsəbəsində baş verib. Ata və qız sonuncunun həyat yoldaşı Ədil Məhərrəmovu kəsici-deşici alətlə öldürüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026