• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq

İQTİSADİYYAT

16 Sentyabr 2026 | 21:25 | Müəllif: Əli Hüseynov

Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq

Azərbaycan 2027-ci ildə dövlət büdcəsinin 3 milyard 166 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borclanma 2 milyard 751 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 86,9 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2027-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 275 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 140 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır. Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR