• Bakı 23° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Hikmət Hacıyevdən VACİB ÇIXIŞ

SİYASƏT

16 Sentyabr 2026 | 18:57 | Müəllif: Əli Hüseynov

Hikmət Hacıyevdən VACİB ÇIXIŞ

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımda qeyd edib.

    “Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi haqqında danışdım. Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.

    Azərbaycanın əsrlər boyu davam edən multikulturalizm və dini birgəyaşayış ənənələrini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsi qorumaq, mühafizə etmək və bərpa etmək öhdəliyini vurğuladım.

    Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilmiş genişmiqyaslı dağıntılar, təhqirlər və dəyişikliklər barədə danışdım. Tarixi həqiqətlərin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd etdim.

    Gürcüstanın xarici işlər naziri, BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birgə iştirak etdiyim panelə “Euronews”un baş icraçı direktoru moderatorluq etdi", - Hikmət Hacıyev vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR