• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ABŞ və husilər Omanda gizli görüş keçirdi - DETALLAR

DÜNYA

16 Sentyabr 2026 | 17:45 | Müəllif: Subhan Mahmudov

ABŞ və husilər Omanda gizli görüş keçirdi - DETALLAR

ABŞ rəsmiləri və husilər arasında Omanda görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Reuters" anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş həftə sonu husilərin Yəməndə strateji əhəmiyyət daşıyan əraziləri ələ keçirməsindən sonra baş tutub.

Görüş zamanı husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qaldıqlarını bildiriblər.

Həmçinin İsrailə məxsus gəmilərin də hədəfə alınmayacağı, yalnız Səudiyyə Ərəbistanı gəmilərinə hücum ediləcəyi vurğulanıb.

ABŞ Dövlət Departamenti husilərlə görüş keçirilməsi barədə məlumatı təsdiqləməyib. Bununla belə, qurum Qırmızı dənizdə naviqasiya azadlığının qorunmasının ABŞ-ın marağında olduğunu bildirib.

Omanın ABŞ-dakı səfirliyi və husilər isə "Reuters"in sorğusuna cavab verməyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR