• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çinin baş diplomatı İran və ABŞ-yə ÇAĞIRIŞ EDİB

DÜNYA

16 Sentyabr 2026 | 16:43 | Müəllif: Gülşən Şərif

Çinin baş diplomatı İran və ABŞ-yə ÇAĞIRIŞ EDİB

Çin İran və ABŞ-ni rasional qalmağa, təmkinli olmağa, İslamabad memorandumuna qayıtmağa və mahiyyətli məsləhətləşmələr aparmağa təşviq edir.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

O, bildirib ki, Çin bütün tərəfləri beynəlxalq enerji nəqli və təchizat zəncirlərinin sabitliyini qorumaq üçün Hörmüz boğazını tezliklə açmaq üçün effektiv tədbirlər görməyə çağırır.

"Çin regional gərginliyin Yəmənə və Qırmızı dənizə daha da yayılmasını istəmir. Tehran və Vaşinqton indiyə qədər əldə edilən konsensusa əsasən danışıqlar mexanizmini yenidən qurmalıdırlar", - deyə Yi qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026