• Bakı 23° C

    4.75 m/s

"Sumqayıt"ın yeni kapitanı BƏLLİ OLDU

İDMAN

16 Sentyabr 2026 | 18:24 | Müəllif: Əli Hüseynov

"Sumqayıt"ın yeni kapitanı BƏLLİ OLDU

"Sumqayıt" futbol klubunun rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb. Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026