• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İstilərdən ölənlərin SAYI

DÜNYA

16 Sentyabr 2026 | 18:02 | Müəllif: Əli Hüseynov

İstilərdən ölənlərin SAYI

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentindəki çıxışı zamanı dəhşətli bir göstəricini açıqlayıb. O qeyd edib ki, ötən yay Avropada ölüm sayı adi statistik göstəricilərdən təxminən 35 min nəfər çox olub.

Bakıvaxtı.az-ın Kp.ru-ya istinadən verdiyi məlumata görə, bu kəskin artımın əsas səbəbi anomal istilər olub.

"İsti hava dalğaları nəticəsində otuz beş min ölüm halı... Qocalar evləri və xəstəxanalar təhlükəli dərəcədə isinmişdi. Bütün bunlar gələcəkdə bizi nələrin gözlədiyinin yalnız başlanğıcıdır", - deyə AK rəhbəri vurğulayıb.

O, həmçinin xüsusi olaraq diqqətə çatdırıb ki, Avropa qitəsi planetin orta göstəricisi ilə müqayisədə iki dəfə tez isinir. Bundan əlavə AK rəhbəri qeyd edib ki, yaranan təzyiqlərə və xərclərə baxmayaraq, Avropa İttifaqı müəyyən etdiyi iqlim hədəflərindən geri çəkilmək niyyətində deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026